Фенкарол® — allergiyanın simptomlarını tez aradan qaldırır!

Nəfəs al, sına, sev — özünə azadlıq bəxş et!
Фенкарол® ilə özün üçün daha çox şeyə imkan yarat

Sən həyatının xoş hisslərlə zəngin olmasına layiqsən! Yaz çiçəklərindən həzz almaqdan, otluqda uzanmaqdan və yayın ən gözəl vaxtında təzə çiyələyin dadına baxmaqdan özünü məhrum etmə. Sevimli ev heyvanları ilə ünsiyyətdən və onlarla birgə oyunlardan həzz al. Babanı və nənəni kənddəki evlərində ziyarət etməyi təxirə salma. Фенкарол® – allergiya ilə bağlı bütün vəziyyətlərin həllidir. Hisslərə qapılmağı özünə rəva görməkdən qorxma!

Bitkilər və tozcuqlar

Aşağıdakı bitkilər allergen ola bilərlər: ağaclar və kol bitkiləri – tozağacı, qızılağac, fındıq ağacı, palıd, ağcaqayın, qovaq ağacı, göyrüş, qarağac və başqaları; dənli bitkilər – pişikquyruğu, cır yulaf, qaramuq, ayrıq, şirintum, çovdar, qarabaşaq, buğda və başqaları; alaq bitkiləri – zəncirotu, çətənə, gicitkən, yovşan, qaymaqçiçəyi və başqaları. Bu bitkilərin çiçəklənmə müddətlərinə uyğun olaraq, allergik xəstəliklərin kəskinləşməsinin üç dövrü ayırd edilir: birincisi – yazda, ağacların çiçəklənməsi dövründə (aprel, may), ikincisi – yayda (tozcuq və dənli bitkilər – iyun, iyul), üçüncüsü – payızda (alaq otlarının tozcuqları – avqust-oktyabr).

Bitkilər və tozcuqlar Daha ətraflı
Qida məhsulları

Allergiya hər hansı bir məhsula qarşı yarana bilər, ən çox yayılmış allergenlər süd, yumurta, balıq, xərçəngkimilər, soya, buğda və qoz-fındıq, xüsusilə də yerfındığıdır. Bəzən, qida məhsullarının, məsələn, quru meyvələrin və tərəvəzlərin rənginin qorunub saxlanılması üçün istifadə edilən kimyəvi maddələrə – sulfitlərə qarşı allergiya inkişaf edə bilər. Reaksiya – tərkibində sulfitlər olan qida məhsullarının qəbulundan sonra tənəffüsün çətinləşməsi və ya şok kimi özünü büruzə verir. Sulfitlər, həmçinin ağır dərəcəli astma tutmalarına səbəb ola bilərlər.

Qida məhsulları Daha ətraflı
Heyvanlar

Çox zaman itlərin və pişiklərin dəri hissəcikləri, habelə mebelin və yastıqların doldurulması üçün istifadə edilən quş tükü və yun allergen olur. Həmçinin heyvanların ağız suyuna və sidiyinə qarşı da allergiya inkişaf edə bilər. Xüsusilə də, həm qısa tüklü, həm də uzun tüklü pişiklər təhlükəlidir. Həşəratlar getdikcə daha çox allergiyanın səbəbinə çevrilir – xüsusilə də, evdəki toz gənələri və tarakanlar, bir qədər az hallarda – güvə, qarışqalar və digər həşəratlar.

Heyvanlar Daha ətraflı

Allergiyaya qarşı effektiv vasitədir

Allergiyanın simptomlarını tez aradan qaldırır

Allergiyanın istənilən növünün simptomlarının müalicəsi üçün nəzərdə tutulmuşdur

Uşaqlar və böyüklər üçün uyğundur

Nəzərəçarpan yuxululuğa səbəb olmur

Allergiyanın bütün növlərinin simptomlarının müalicəsi üçün nəzərdə tutulmuşdur

  • Allergiyanın tənəffüs yollarına
    təsir göstərən təzahürləri
  • Pollinoz (ot qızdırması)
  • Allergik rinit
  • Allergik konyunktivit
  • Allergiyanın dəriyə təsir
    göstərən təzahürləri
  • Kəskin və xroniki övrə
  • Dəridə qaşınma, dermatoz
  • Ekzema, neyrodermit
  • Sistemli və ya
    yerli reaksiyalar
  • Qida allergiyası
  • dərman vasitələrinə qarşı allergiya

Böyüklərin və 2 yaşdan yuxarı
uşaqların istifadəsi üçün uyğundur

Uşaqlar
2-3 yaş
  • 5mq
  • gündə 2-3 dəfə
3-7 yaş
  • 10mq
  • gündə 2 dəfə
7-12 yaş
  • 10-15mq
  • tövsiyə üzrə gündə 2-3 dəfə
3 yaşa qədər uşaqlarda preparat yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə edilə bilər!
Yeniyetmələr və böyüklər
12-18 yaş
  • 10-25mq
  • gündə 2-3 dəfə
18+ yaş
  • 10-50mq
  • gündə 2-4 dəfə

Bunları bilmək faydalıdır

Allergiya nədir?

Ardını oxu

Uşaqlarda allergiya

Ardını oxu

Allergik rinit

Ardını oxu

Фенкарол®preparatı haqqında

Tərkibində Quifenadini hydrochloridum (xifenadin hidroxlorid) vardır

Фенкарол® – tez təsir edən, təhlükəsiz, geniş təsir spektrinə malik olan histamin əleyhinə preparatdır.

İkili təsir: H1-histamin reseptorlarını inhibə edir və toxumalarda histamini parçalayır. Plazmada maksimal konsentrasiyası bir saat ərzində əldə edilir. Nadir hallarda yuxululuğa səbəb olur. Alkoqolun təsirini gücləndirmir.

Фенкарол® preparatının tərkibi:
Təsiredici maddə – xifenadin hidroxlorid (Quifenadini hydrochloridum).

Фенкарол® 10 mq preparatının hər tabletində 10 mq xifenadin hidroxlorid vardır
Фенкарол® 50 mq preparatının hər tabletində 50 mq xifenadin hidroxlorid vardır

Digər komponentlər:
Фенкарол® 10 mq tabletlər: saxaroza, kartof nişastası, kalsium stearat.
Фенкарол® 50 mq tabletlər: saxaroza, kartof nişastası, kalsium stearat, modifikasiya olunmuş qarğıdalı nişastası.

Bu preparatı hər zaman istifadə təlimatına ciddi uyğun şəkildə, yaxud da həkimin və ya əczaçının tövsiyə etdiyi qaydada qəbul edin. Suallarınız yarandığı halda, həkimə və ya əczaçıya müraciət edin.

Фенкарол® yeməkdən dərhal sonra qəbul edilməlidir.

Фенкарол® 50 mq tabletlər

Böyüklər üçün doza gündə 2-4 dəfə 25-50 mq təşkil edir. Maksimal gündəlik doza – 200 mq.
Yeniyetmələr (12 yaşdan 18 yaşadək) üçün doza gündə 2-3 dəfə 25 mq təşkil edir.
Müalicə kursunun müddəti 10-20 gündür.
Zəruri hallarda, müalicə kursu təkrar edilir.

Uşaqlarda və yeniyetmələrdə istifadəsi

Фенкарол® 10 mq tabletlər. Tableti iki bərabər dozaya bölmək olar.
3 yaşa qədər uşaqlarda preparat yalnız həkimlə məsləhətləşdikdən sonra istifadə edilə bilər.
2 yaşdan 3 yaşadək uşaqlarda preparatın dozası gündə 2-3 dəfə 5 mq (1⁄2 tablet) təşkil edir.
3 yaşdan 7 yaşadək uşaqlarda preparatın dozası gündə 2 dəfə 10 mq (1 tablet) təşkil edir.
7 yaşdan 12 yaşadək uşaqlarda preparatın dozası gündə 2-3 dəfə 10-15 mq (1 -1 1⁄2 tablet) təşkil edir.
Yeniyetmələrə (12 yaşdan 18 yaşadək) Fenkarol® 25 mq tabletlərini qəbul etmək tövsiyə olunur.

Müalicə kursunun müddəti 10-15 gündür. Zəruri hallarda, müalicə kursu təkrar edilir.
Əgər Siz preparatın təsirinin həddən artıq güclü və ya həddən artıq zəif olduğunu hesab edirsinizsə, həkimlə və ya əczaçı ilə məsləhətləşin.

Haradan almaq olar?

Latviyada yaradılıb — OlainFarm tərəfindən istehsal edilib

OlainFarm — bütün dünyada tanınmış böyük bir şirkətdir!

Map
Reklamverən: Olainfarm SC

Əlaqə məlumatları

  • Rupnitsu küç. 5, Olayne, LV-2114, Latviya
  • Telefon: (+371) 670-13-705
  • Email:[email protected]
Reklamverən: Olainfarm SC

OlainFarm

OlainFarm — bütün dünyada tanınmış böyük bir şirkətdir!

Reklamverən: Olainfarm SC
Fenkarol Map