
Allergenlər


Çiçək tozcuqları
Aşağıdakı bitkilər allergen ola bilərlər: ağaclar və kollar – tozağacı, qızılağac, fındıq ağacı, palıd, ağcaqayın, qovaq, göyrüş, qarağac və başqaları; taxıl otları – pişikquyruğu, yulaf, qırtıc, taxıl cücərtiləri, yağı otu, çovdar, qarabaşaq, buğda və başqaları; alaq otları – zəncirotu, çətənə, gicitkən, yovşan, qaymaqçiçəyi və başqaları. Bu bitkilərin çiçəklənmə dövrünə müvafiq olaraq, allergik xəstəliklərin üç kəskinləşmə dövrü vardır: birincisi – yazda, ağacların çiçəklədiyi dövrdə (aprel, may), ikincisi – yayda, tozcuqlar və taxıl bitkiləri (iyun, iyul), üçüncüsü – payızda, alaq otlarının tozcuqları (avqust – oktyabr).
Heyvan allergenləri
Çox zaman allergiyanı itlərin və pişiklərin dərilərinin hissəcikləri, habelə mebel və yastıqlar üçün doldurucu qismində istifadə edilən yun yaradır. Heyvanların ağız suyuna və sidiyinə qarşı da allergiya ola bilər. Xüsusilə də həm qısatüklü, həm də uzuntüklü pişiklər çox təhlükəlidir. Allergiyanın ən çox rast gəlinən səbəbi həşəratlar, xüsusən evdəki toz gənələri və tarakanlar, az dərəcədə güvə, qarışqalar və digər həşəratlar olur.
Bitki allergenləri
Allergiyanın istənilən qida məhsuluna qarşı yarana bilməsinə baxmayaraq, ən çox yayılmış allergenlər – süd, yumurta, balıq, xərçəngkimilər, soya, buğda və qoz-fındıq, xüsusilə yerfındığıdır. Bir allergenin nəticəsi olan çarpaz allergiya da mövcuddur. Məsələn, yerfındığına allergiyası olan insanlarda, digər paxlalı bitkilərə, məsələn, noxuda, soya paxlalarına, mərciməyə qarşı da allergiya yarana bilər. Qarpıza allergiyası olan insanlarda zaman keçdikcə xiyar və balqabağa qarşı, krevetlərə allergiya olduğu halda isə yengəclərə qarşı allergiya yarana bilər. Bəzi insanlarda qida məhsullarının, məsələn, quru meyvələrin və quru tərəvəzlərin rənginin qorunub saxlanması üçün istifadə edilən kimyəvi maddələrə - sulfitlərə qarşı allergiya yaranır. Reaksiya tərkibində sulfitlər olan yemək qəbulundan sonra tənəffüsün çətinləşməsi və ya şok kimi özünü büruzə verir. Sulfitlər həmçinin ağır astma tutmalarına da səbəb ola bilərlər.