Allergiyanın simptomları

Allergik rinit

Sağlam olun! Bu sözləri allergiyanın hər hansı növündən əziyyət çəkən insanlar tez-tez eşidirlər, bu allergiya asqırma, zökəm, boğazda göynəmə və gözlərin yaşarması ilə özünü büruzə verir. Allergik rinit – müxtəlif kimyəvi maddələrin istifadəsinin artdığı, təmiz havanın isə tullantı qazları ilə əvəz olunduğu inkişaf etmiş sənaye ölkələrində müasir bir problemdir. Rinitin simptomları o dərəcədə qıcıqlandırıcı və yorucu ola bilir ki, işdə və ya dərsdə diqqət cəmləmək çətinləşir, buna görə də həyat keyfiyyəti pisləşir.

Allergik rinitin iki növü vardır.

  • Mövsümi allergik rinit (ot qızdırması) – simptomlar yalnız ilin müəyyən vaxtında, çox zaman yazda, bitkilərin çiçəklənmə dövründə təzahür edirlər.
  • Müəyyən mövsümiliyi olmayan allergik rinit  – ilin vaxtlarından asılı olmayaraq daimi allergiya təzahürləri. Başlıca olaraq bu allergiyaya toz gənələri və heyvanların epiteli hüceyrələri səbəb olur.

Allergiya necə yaranır? Allergenlər (tənəffüs yollarını qıcıqlandıran maddələr) buruna, boğaza və gözlərə düşür və xüsusi hüceyrələri (tosqun hüceyrələri) fəallaşdırır. Bu hüceyrələr histamin – yuxarıda sadalanan simptomların yaranmasına səbəb olan maddə ifraz edirlər.

Nələr allergen ola bilərlər? Bunlar – ağacların və bitkilərin tozcuqları, toz gənələri, kif, pişiklər, itlər, atlar və ya quşlar, qida məhsulları (məsələn, süd, qoz-fındıq, pomidor, yumurta) ola bilərlər. Təəssüf ki, elə vəziyyətlər olur ki, allergiyanın əsl törədicisini aşkar etmək çox çətin olur və o, naməlum qala bilir.

Allergik rinitin simptomlarının daha aşkar ifadə edilməsinə səbəb nədir? Başlıca olaraq, müxtəlif kimyəvi maddələr, məsələn, siqaret tüstüsü, boyalar, laklar, kosmetik vasitələr, aspirin. Bəzən səbəb emosional stress, alkoqoldan istifadə, soyuq və rütubətli hava, hava kondisionerləri ola bilər.

Allergik rinit anadangəlmə ola bilərmi? Bəli, çox güman ki, valideynlərində atopiya olan uşaqlar həyatları ərzində eyni problemlə üzləşə bilərlər. Allergik reaksiyaların uşaqlar üçün daha çox xas olmasına baxmayaraq, allergik rinit istənilən yaşda özünü  büruzə verə bilər. Bu xəstəliyin öz – özlüyündə təhlükəli olmamasına baxmayaraq, müalicə olunmadığı təqdirdə bronxial astma, burun polipləri və ya eşitmə pozuntuları ilə kombinə oluna bilər.

Allergik rinit necə müalicə edilməlidir? Bu xəstəliyin tam müalicə olunmamasına baxmayaraq, müasir tibb elmi simptomları yüngülləşdirmək və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün üsullar axtarıb tapmışdır.

  • Özünə yardım et! Sağlam, balanslaşdırılmış qidalanmanın köməyi ilə özünü formada saxla, fastfud qidalardan imtina et. İdman məşğələləri, istirahət və qüvvələrin bərpası arasında müsbət balansı tap. Həkim təyin etmədiyi təqdirdə, dekongestantlardan (burun üçün damcı və aerozol) uzun müddətli istifadə etmə.  Onlar əvvəlcə simptomları azaldır, lakin uzunmüddətli istifadə əks nəticəyə səbəb ola bilər.
  • Allergiya törədicisi ilə təmasdan qaçın! Əgər sən öz allergenini tanıyırsansa, onunla təmasdan qaçın. Çiçək tozcuqlarının yarandığı dövrdə, mümkün qədər açıq havaya çıxmamağa çalış, sosial şəbəkələrdə tozcuqların miqdarı və yayılması barədə məlumatları izlə (hazırda fəal olan tozcuq növünün və onun konsentrasiyasının göstərildiyi xüsusi saytları tap), gözlərini soyuq su ilə yu. Toz gənələrinin mənbəyi: yataq dəsti, yumşaq mebel, yumşaq oyuncaqlar, xalçalar. Öz  mənzilini elə təchiz et ki, toz gənələri üçün əlverişli mühit mümkün qədər az olsun. Mənzildə heyvanlar olmamalıdır. Siqaret çəkmə və ətrafdakılardan da siqaret çəkməmələrini xahiş et.
  • Simptomların ağırlıq dərəcəsindən asılı olaraq, həkim və ya əczaçı dərman preparatlarını məsləhət görəcəkdir. Bunlar reseptlə və ya reseptsiz buraxılan dərmanlar ola bilər. Allergik rinitin müalicəsi üçün başlıca dərman qruplarından biri – histamin əleyhinə dərmanlardır.

Fenkarol – allergiyanın simptomlarını cəld və səmərəli aradan qaldıran reseptsiz buraxılan histamin əleyhinə preparatdır, anadan olduqdan etibarən allergiyanın müalicəsi üçün təhlükəsiz seçimdir. Fenkarol – ikili təsiri ilə fərqlənir  - nəinki toxumalarda hasil edilən histamini məhv edir, həm də histaminin təsirinin qarşısını alaraq xüsusi H1 reseptorlarını blokada edir. Bu preparatı uşaqlar doğulduqları andan etibarən, habelə epilepsiyalı və qlaukomalı xəstələr qəbul edə bilərlər. Fenkarol yuxululuq yaratmır və alkoqolun təsirini gücləndirmir. Bu – öz təsirini gözlətməyən histamin əleyhinə preparatdır – həbi qəbul etdikdən sonrakı bir saat ərzində o, artıq maksimal konsentrasiyasına çatır və allergenlərin törətdikləri fəsadlarla fəal mübarizə aparır.

Allergiyanı dəf etməyə hazırdır – Fenkarol!

 

Mənbə: Murghtag’s Patient Education 6th Edition

Allergiyanın təzahürləri

İnsanın hansı orqanının daha çox təsirə məruz qalmasından asılı olaraq, allergiya müxtəlif üsullarla özünü büruzə verir (bəzən allergik reaksiyalar kombinə oluna bilərlər). Gözlərin allergik zədələnməsi – allergik konyunktivit, burnun selikli qişasının allergik zədələnməsi – allergik zökəm (rinit), bronxların allergik zədələnməsi – bronxial astma, dərinin allergik zədələnməsi – övrə. 

Allergiya ilə mübarizə

Allergiyanın təzahürləri gündəlik məşğuliyyətlərə güclü təsir edə bilərlər. Buna görə də, allergiyaya şübhə yarandıqda ailə həkimi və ya allerqoloqla məsləhətləşmək üçün ətraf mühiti, mümkün allergenləri və qıcıqlandırıcıları, simptomların yaranma vaxtını və  onların davametmə müddətini, habelə onların həyat keyfiyyətinə təsirini qiymətləndirmək lazımdır. Allergiyanın ən səmərəli müalicə üsulu – onun profilaktikasıdır. Bu o deməkdir ki, nələrin allergen olduğunu bilmək və onunla təmasdan qaçınmaq lazımdır.