Allergiyanın simptomları

Mövsümilik və histamin əleyhinə preparatlar

Çoxları üçün yaz – ilin ən sevimli fəslidir, lakin bəziləri ilin bu fəslini həyəcanla gözləyirlər, çünki allergiyalarının yenidən kəskinləşəcəyini bilirlər. Lakin yaz – mövsümi allergik rinit və ya ot qızdırması barədə narahat olmaq lazım gəldiyi yeganə fəsil deyildir. Allergenlərdən azad olan yeganə fəsil – qışdır (lakin bu – toz gənələrinə, kifə və ya heyvanlara qarşı allergiyanı istisna etmir). Aprel və may  – ağacların (palıd, tozağacı, söyüd) çiçəkləndiyi, iyun və iyul  - tozcuq və taxılçılıq aylarıdır. Alaq otlarının tozcuqları yayın sonunda - payızın əvvəlində yaranmağa başlayır.

Allergiya yaradan bitkilərin çiçəklənmə proqnozu barədə dəqiq informasiya əldə etmək üçün zied.lv saytına daxil olmaq lazımdır, burada müraciət göndərərək zəruri informasiyanı elektron poçt vasitəsilə almaq mümkündür. Bu xəbərləri allergik xəstəliklərin tədqiqat və müalicəsi Mərkəzinin Aerobioloji xidməti hazırlayır.

Mövsümi allergiyanın təzahürlərinin – zökəmin, gözlərin yaşarmasının, asqırmanın, qaşınmanın azaldılması üçün histamin əleyhinə preparatı  əl altında saxlamaq lazımdır.

Histamin əleyhinə preparatlar orqanizmin öz hüceyrələrinin ifraz etdiyi maddə - allergik reaksiyalar və iltihab yaradan histamin ilə mübarizə aparırlar. Histamin əleyhinə preparatları simptomların yaranmasını nəzarət altında saxlamaq üçün hər gün və ya hər hansı bir simptom yarandıqda qəbul etmək olar. Üçüncü variant – məlum allergenlə təmas vaxtını öncədən bilməklə qabaqcadan histamin əleyhinə preparatı qəbul etməkdir.

Histamin əleyhinə preparatlar iki qrupa bölünür: yuxululuq yaradan histamin əleyhinə preparatlar  və yuxululuq yaratma effekti olmayan histamin əleyhinə preparatlar. Əgər məqsəd istirahət etmək və yatıb yuxunu almaq deyildirsə, yuxululuq yaratmayan və gündəlik işlərlə məşğul olmağa mane olmayan histamin əleyhinə preparat seçməyi tövsiyə edirik.

Bu cür histamin əleyhinə preparatlardan biri – Fenkaroldur. Fenkarol – allergiyanın simptomlarını cəld aradan qaldırır və allergiyanın müxtəlif formaları – övrə, ot qızdırması, allergik rinit, allergik konyunktivit, allergik dermatit, qida məhsullarının və dərmanların yaratdığı allergiya zamanı  kömək edir.

Fenkarol – unikal ikili təsir mexanizminə malik olan allergiya əleyhinə səmərəli preparatdır: o, xüsusi histamin reseptorlarını blokada edir və toxumalarda histamini məhv edir. Allergiya əleyhinə digər preparatlar səmərəsiz olduğu hallarda da Fenkarol səmərəli olacaqdır. Fenkarol – qaşınma əleyhinə aşkar ifadə olunmuş təsiri ilə seçilir.

Gənc valideynlər  allergiya zamanı yenidoğulmuşa nə vermək lazım olduğunu çox zaman bilmirlər. Biz gənc anaları sevindirə bilərik, belə ki, Fenkarolu doğulduqdan etibarən qəbul etmək mümkündür. Epilepsiya, sidik saxlamama problemləri və ya qlaukoma zamanı istifadəsinə məhdudiyyət yoxdur. Hətta pişik sahibi olan bir insanın ad gününə getdikdə belə həyəcan üçün bir səbəb yoxdur. Fenkarol alkoqolun təsirini gücləndirmir, buna görə də özünü allergiyanın xoşagəlməz simptomlarından qorumaq üçün onu təhlükəsiz qəbul etmək mümkündür.

Fenkarol cəld təsir edir, maksimal effektivliyə isə bir saat ərzində çatır. Müxtəlif dozalarda qəbul etmək mümkündür, həkim və ya əczaçı daha uyğun variantı seçməyə kömək edə bilər.

Fenkarol – Latviyada istehsal edilmiş və sınaqdan keçirilmiş preparatdır və onu artıq uzun müddətdir ki, apteklərdən almaq mümkündür – bu, allergiya simptomlarının azaldılması üçün etibarlı və sınaqdan keçirilmiş bir seçimdir.

İstənilən dərman vasitəsinin qəbulu müalicə həkimi ilə müzakirə edilməlidir, lakin aşağıdakı hallarda yardım üçün müraciət etmək lazımdır:

  • burnun qıcıqlanması, burun qanaxması olduqda,
  • allergiyanın simptomları keçib getmədikdə,
  • histamin əleyhinə preparatların qəbulu ilə bağlı suallar olduqda.

Mənbələr:

www.zied.lv

http://www.nlm.nih.gov/medlineplus/ency/patientinstructions/000549.htm

http://www.webmd.com/allergies/guide/antihistamines-for-allergies

Allergiyanın təzahürləri

İnsanın hansı orqanının daha çox təsirə məruz qalmasından asılı olaraq, allergiya müxtəlif üsullarla özünü büruzə verir (bəzən allergik reaksiyalar kombinə oluna bilərlər). Gözlərin allergik zədələnməsi – allergik konyunktivit, burnun selikli qişasının allergik zədələnməsi – allergik zökəm (rinit), bronxların allergik zədələnməsi – bronxial astma, dərinin allergik zədələnməsi – övrə. 

Allergiya ilə mübarizə

Allergiyanın təzahürləri gündəlik məşğuliyyətlərə güclü təsir edə bilərlər. Buna görə də, allergiyaya şübhə yarandıqda ailə həkimi və ya allerqoloqla məsləhətləşmək üçün ətraf mühiti, mümkün allergenləri və qıcıqlandırıcıları, simptomların yaranma vaxtını və  onların davametmə müddətini, habelə onların həyat keyfiyyətinə təsirini qiymətləndirmək lazımdır. Allergiyanın ən səmərəli müalicə üsulu – onun profilaktikasıdır. Bu o deməkdir ki, nələrin allergen olduğunu bilmək və onunla təmasdan qaçınmaq lazımdır.