Allergiyanın simptomları

Qaşınmanın azaldılması və Fenkarol

Əllərdəki, ayaqlardakı və qarındakı qaşınma izləri heç də estetik görünmür. Bütün bunlar müalicə edilməmiş allergiyanın nəticələridir! Ən çox kiçik uşaqlar və körpələr bundan əziyyət çəkirlər, onlar qaşınmanın intensivliyinə nəzarət edə bilmirlər və çox zaman dərini cızaraq ağrının, kiçik yaraların əmələ gəlməsinə səbəb olurlar.

Allergik qaşınmanın ən çox rast gələn səbəbi – övrə və ya atopik dermatitdir.

Övrə

Övrə  – allergik reaksiyadır, bu zaman dəridə qırmızı, bir qədər qabarıq və qaşınan 1-5 sm diametrli səpkilər əmələ gəlir. Onlar bədənin istənilən yerində əmələ gələ, öz ölçülərini və formalarını  qəflətən dəyişə və əmələ gəldikləri kimi də cəld yoxa çıxa bilərlər. Bu allergik reaksiya o qədər yayılmışdır ki, dünyada hər beşinci insanda heç olmasa bir dəfə dəridə övrə müşahidə edilmişdir.  

Övrəyə müxtəlif qida maddələri, dərmanlar və ya digər qıcıqlandırıcılar səbəb ola bilərlər. Bəzən övrənin səbəbini kifayət qədər tez aşkara çıxarmaq olur, belə ki, övrə yeməkdən bir neçə dəqiqə sonra özünü büruzə verir.

Əsas törədicilər:

  • qida məhsulları – yumurta, qoz-fındıq (xüsusən yerfındığı), balıq, pendir, apelsin, şokolad, kofein, çiyələk;
  • infeksiyalar  – virus, bakterial və ya göbələk;
  • qidaya əlavə edilən boyayıcılar;
  • dərman maddələri – penisillin, aspirin, kodein, peyvəndlər;
  • həşərat dişləmələri – bal arıları, eşşək arıları, milçəklər, ağcaqanadlar;
  • bitkilər – gicitkən, zəhərli sarmaşıq;
  • heyvanlar – pişiklər, atlar, itlər;
  • kosmetika və ətirlər;
  • parazitlər;
  • isti və soyuq hava;
  • stress və həyəcanlar övrənin təzahürlərini gücləndirir.

Övrənin daha ciddi təzahürü angioödem adlanır, bu zaman üz, dodaqlar və göz qəflətən ödemləşir. Əgər ödem boğazda yaranarsa vəziyyət təhlükəlidir. Angioödem zamanı dərhal həkimə müraciət etmək lazımdır.

 

Övrə necə müalicə edilməlidir? İlk növbədə, övrəyə məruz qalmış zona soyudulmalıdır. Qaynar duş və ya vanna qəbul etmə, bu, simptomları daha da pisləşdirə bilər. Tərkibində alkoqol və kofein olan içkilər qəbul etmə, su iç. Histamin əleyhinə preparat – Fenkarol qəbul et.

 

Fenkarol – allergiyanın simptomlarını üç üsulla effektiv aradan qaldırır: histaminin təsirini blokada edir, histamini məhv edir və qaşınmanı aradan qaldırır. Fenkarol övrənin, allergik dermatitin, qida məhsulları və dərman maddələrinin yaratdığı allergiyanın, habelə angionevrotik ödemin (angioödemin) simptomlarını aradan qaldırmağa hazırdır.

Atopik dermatit

Atopik dermatitin əlaməti – qızarmış, qabıqlanan, qaşınan və qıcıqlanmış dəridir. Bütün dünya əhalisinin təxminən 5%-i , başlıca olaraq anadangəlmə olan atopik dermatitlə xəstədir. Adətən o, hələ uşaq yaşlarında dirsək və diz büküşlərində, üzdə və sinədə səpkilərlə özünü büruzə verir.

Atopik dermatitin təzahürlərinin kəskinləşməsinə nə səbəb ola bilər?

  • Qum (qumluqda oynamaq)
  • Toz gənələri
  • Sabun
  • Qaba yun geyim
  • Heyvan tükləri
  • Abraziv səthlər (xalçalar)
  • Dəridə qaşımalar və sürtünmələr
  • Quru dəri, həddən artıq tez-tez sabunla yuma, xüsusən qışda
  • Dərini qurudan kremlər, losyonlar
  • Kəskin temperatur dəyişikliyi
  • Stress və emosional həyəcanlar
  • Təzə çıxan dişlər
  • Konkret qida məhsulları

Əgər səndə və sənin övladında atopik dermatit vardırsa, sadə məsləhətlər kömək edə bilər. Sabundan və ətirləndiricilərlə zəngin olan məhsullardan istifadə etməməyə çalış. Gündə 3 dəfədən az olmayaraq nəmləndirici vasitələrdən istifadə et, yaxşı olardı ki, dermatoloji olaraq sınaqdan keçirilmiş vasitələr aptekdə seçilsin. Qıcıqlanmış dərini qaşımamağa və sürtməməyə çalış, yumşaq və dəri üçün əlverişli (yaxşı olardı ki, pambıq) geyimlərdən istifadə et.

Dəri qaşınmasının azaldılması üçün həkimin təyin etdiyi dərmanlar, məsələn, histamin əleyhinə preparatlar qəbul et. Fenkarol müxtəlif allergik reaksiyaların, o cümlədən qaşınmanın azaldılması üçün yaradılmışdır. Onu doğulduqdan dərhal sonra qəbul etmək mümkündür! Körpə rahat yata, böyüyə və inkişaf edə bilər!

Allergiyanın təzahürləri

İnsanın hansı orqanının daha çox təsirə məruz qalmasından asılı olaraq, allergiya müxtəlif üsullarla özünü büruzə verir (bəzən allergik reaksiyalar kombinə oluna bilərlər). Gözlərin allergik zədələnməsi – allergik konyunktivit, burnun selikli qişasının allergik zədələnməsi – allergik zökəm (rinit), bronxların allergik zədələnməsi – bronxial astma, dərinin allergik zədələnməsi – övrə. 

Allergiya ilə mübarizə

Allergiyanın təzahürləri gündəlik məşğuliyyətlərə güclü təsir edə bilərlər. Buna görə də, allergiyaya şübhə yarandıqda ailə həkimi və ya allerqoloqla məsləhətləşmək üçün ətraf mühiti, mümkün allergenləri və qıcıqlandırıcıları, simptomların yaranma vaxtını və  onların davametmə müddətini, habelə onların həyat keyfiyyətinə təsirini qiymətləndirmək lazımdır. Allergiyanın ən səmərəli müalicə üsulu – onun profilaktikasıdır. Bu o deməkdir ki, nələrin allergen olduğunu bilmək və onunla təmasdan qaçınmaq lazımdır.