Allergiyanın simptomları

Uşaqlarda allergiya

Zökəm, gözlərin yaşarması, qaşınma və allergiyanın digər təzahürləri təkcə böyüklərdə deyil, uşaqlarda da özünü büruzə verir. Allergiya özünü istənilən yaşlı uşaqlarda büruzə verə bilər, xüsusən də valideynlərdə hər hansı bir allergenə qarşı həssaslıq olduqda. Bəzən uşaq böyüdükcə, allergiya öz-özünə keçir, bəzən isə bütün ömür boyu davam edir.

Allergiya  - immun sistemin hər hansı bir xoşagəlməz qıcıqlandırıcıya (məsələn, toz gənələri, heyvanların tükləri, çiçək tozcuqları) qarşı reaksiyasıdır. Nəticədə iltihabi reaksiyaya və allergik rinit, atopik dermatit, övrə, qida allergiyası  kimi xəstəliklərə səbəb olan müxtəlif maddələr ifraz edilir. Allergiya yoluxucu deyildir, bir uşaqdan digərinə keçmir. Bəzən allergik reaksiya özünü  büruzə verənədək bir neçə saat və ya gün keçir, buna görə də biz nəyin: bir neçə saat əvvəl içdiyimiz südün yoxsa bir müddət əvvəl sığalladığımız pişiyin allergiyaya səbəb olduğunu anlamaya bilərik.

Təzahürü zamanı valideynlərin allergiya barədə düşünməli olduqları ən çox rast gələn simptomlar:

  • qusma, yeməkdən imtina, bağırsaq kolikalarına bənzər əlamətlər, ishal, çəkinin gec artması;
  • zökəm, asqırma, tənəffüs və ya öskürək zamanı fitəbənzər səslər, təkrar bronxit epizodları, uzunmüddətli və daimi öskürək;
  • dəridə – səpkilər (dermatit, övrə);
  • yüksək qıcıqlanma, pis yuxu, tez-tez ağlama, baş ağrıları.

Uşaqlarda allergiyanın əsas törədiciləri: qida (süd və süd məhsulları, yumurta, yerfındığı yağı, apelsin, şokolad, soya paxlası, pomidor, balıq və buğda) və nəfəslə qəbul edilən törədicilər (toz gənələri, çiçək tozcuqları, heyvan tükləri və kif). Bəzən allergik reaksiya boyayıcılarla və konservantlarla zəngin olan qida qəbulundan sonra yarana bilər – allergiyaya konfetlər, souslar, dondurma, peçenye səbəb ola bilər.

Süd məhsullarına, xüsusən də inək südünə qarşı allergik reaksiya laktozaya dözümsüzlük zamanı müşahidə edilən simptomlardan fərqlənmir, buna görə də düzgün diaqnozun qoyulması üçün həkimə müraciət etmək lazımdır.

Allergiya ilə necə mübarizə aparmaq olar?

    • Südvermə. Uşağı əmizdirməmək üçün heç bir mühüm səbəb yoxdursa, heç olmasa ilk 6 ay ərzində uşağı mütləq əmizdir. Təsdiq edilmişdir ki, əmzidirilmiş uşaqlarda allergiya daha az hallarda özünü büruzə verir və artıq yaranmış simptomları azaltmaq mümkündür. Əgər sən uşağı əmizdirmək istəmirsənsə və ya əmizdirə bilmirsənsə, körpələr üçün nəzərdə tutulmuş süd qarışıqlarını diqqətlə tədqiq et. Zərurət olduqda, həkimlə məsləhətləş.
    • Qida məhsulları. Altı ayınadək mümkün olduqca uşağı əmizdir və ya qlütensiz sıyıqlarla qidalandır. Ola bilsin ki, allergiyanın səbəbi uşağın menyusuna müxtəlif qida məhsullarının həddən artıq tez daxil edilməsidir. Uşağa əlavə qida verməyə başlarkən, nəzərə almaq lazımdır ki, körpəni yeni məhsullarla bir – iki gün intervalla tanış etmək və allergiyanın olmamasına diqqət edərək, onları kiçik porsiyalarla vermək lazımdır.  İnək südü, yumurta, sitrus meyvələri, yerfındığı yağı – bu məhsullardan ilk 6-9 ay ərzində imtina etmək daha yaxşıdır.
    • Yaşayış yeri. Toz gənələrinin miqdarını azaltmaq üçün müntəzəm olaraq evi yığışdır, əgər heyvan tükünə allergiya sübuta yetirilmişdirsə, ev heyvanları saxlama, mənzili havalandır və kifin əmələ gəlməməsi üçün rütubəti aradan qaldır. Məişətdə istifadə edilən kimyəvi maddələrin miqdarını azaltmağa çalış – daha az qıcıqlanma yaradan, allerqoloqun və ya ailə həkiminin tövsiyə etdiyi vasitələri seç.
    • Geyim. Pambıq geyimlərə üstünlük ver və sintetikadan istifadə etmə.

Siqaret çəkmə, xüsusiən də əgər uşaq otaqdadırsa və ya küçədə səninlə yanaşı gedirsə. Allergiya təzahürlərinin azaldılması üçün uşağa uyğun olan histamin əleyhinə preparatın qəbulu barədə həkimlə məsləhətləş.

Fenkarol – allergiyanın yaratdığı simptomların aradan qaldırılması üçün  apteklərdə həkim resepti olmadan alına bilən və doğulduqdan etibarən uşaqlara verilməsi mümkün olan histamin əleyhinə preparatdır.

Fenkarol allergiyanın müxtəlif növlərinin (allergik rinit, atopik dermatit, allergik konyunktivit, övrə, qida məhsullarının yaratdığı allergiya) müalicəsində kömək edir, cəld və effektiv təsir edir, uşaqlar və böyüklər üçün təhlükəsiz və sınaqdan keçirilmiş seçimdir.

Mənbə: Murtagh’s Patient Education 6 Edition

Allergiyanın təzahürləri

İnsanın hansı orqanının daha çox təsirə məruz qalmasından asılı olaraq, allergiya müxtəlif üsullarla özünü büruzə verir (bəzən allergik reaksiyalar kombinə oluna bilərlər). Gözlərin allergik zədələnməsi – allergik konyunktivit, burnun selikli qişasının allergik zədələnməsi – allergik zökəm (rinit), bronxların allergik zədələnməsi – bronxial astma, dərinin allergik zədələnməsi – övrə. 

Allergiya ilə mübarizə

Allergiyanın təzahürləri gündəlik məşğuliyyətlərə güclü təsir edə bilərlər. Buna görə də, allergiyaya şübhə yarandıqda ailə həkimi və ya allerqoloqla məsləhətləşmək üçün ətraf mühiti, mümkün allergenləri və qıcıqlandırıcıları, simptomların yaranma vaxtını və  onların davametmə müddətini, habelə onların həyat keyfiyyətinə təsirini qiymətləndirmək lazımdır. Allergiyanın ən səmərəli müalicə üsulu – onun profilaktikasıdır. Bu o deməkdir ki, nələrin allergen olduğunu bilmək və onunla təmasdan qaçınmaq lazımdır.