Uşaqlarda allergiya
Zökəm, gözlərin yaşarması, qaşınma və digər allergik reaksiyalar təkcə böyüklərdə deyil, uşaqlarda da rast gəlinir. Övladlarımız istənilən yaşda allergiyadan müdafiə olunmayıblar, xüsusilə də əgər valideynlər hər hansı allergenə qarşı həssasdırlarsa. Bəzən uşaq böyüdükcə allergiya öz-özünə keçib gedir, bəzən isə insan bütün ömrü boyu allergiya ilə yaşamalı olur. Allergiya – immun sisteminin onun üçün xoşagəlməz olan […]
Zökəm, gözlərin yaşarması, qaşınma və digər allergik reaksiyalar təkcə böyüklərdə deyil, uşaqlarda da rast gəlinir. Övladlarımız istənilən yaşda allergiyadan müdafiə olunmayıblar, xüsusilə də əgər valideynlər hər hansı allergenə qarşı həssasdırlarsa. Bəzən uşaq böyüdükcə allergiya öz-özünə keçib gedir, bəzən isə insan bütün ömrü boyu allergiya ilə yaşamalı olur.
Allergiya – immun sisteminin onun üçün xoşagəlməz olan hər hansı qıcıqlandırıcıya (məsələn, toz gənələrinə, heyvan tükünə, tozcuğa) qarşı reaksiyasıdır. Nəticədə allergik iltihab reaksiyasının və allergik rinit, atopik dermatit, övrə kimi xəstəliklərin yaranmasına səbəb olan müxtəlif maddələr istehsal olunur. Allergiya yoluxucu deyil, uşaqdan-uşağa ötürülmür. Bəzən allergik reaksiyanın təzahür etməsinə qədər bir neçə saat və ya hətta bir neçə gün keçir, buna görə də sizdə çaşqınlıq yarana və allergik reaksiyaya bir neçə saat əvvəl içdiyiniz südün və ya dizləriniz üstündə oturmuş pişiyin səbəb olması ağlınıza gəlməyə bilər.
Valideynləri allergiya haqqında düşünməyə vadar edən ən ümumi simptomlar aşağıdakılardır
- qusma, yeməkdən imtina, bağırsaq sancılarına bənzər hallar, ishal, bədən çəkisinin yavaş artması;
- zökəm, asqırma, fitverici tənəffüs və ya öskürək, təkrarlanan bronxit epizodları, uzun müddətli və davamlı öskürək;
- dəridə – səpkilər (dermatit, övrə);
- qıcıqlanma, pis yuxu, tez-tez ağlama, baş ağrısı.
Uşaqlarda allergiyanın əsas səbəbləri qida məhsulları (süd və süd məhsulları, yumurta, yerfındığı yağı, portağal, şokolad, soya paxlası, pomidor, balıq və buğda) və inhalyasiya allergenləridir (toz gənələri, tozcuqlar, heyvan tükü və kif). Bəzən allergik reaksiya tərkibində qida boyaları və konservantlar olan məhsulların yeyilməsindən sonra inkişaf edə bilər – allergiyanın səbəbi konfetlər, souslar, dondurma, peçenye ola bilər. Süd məhsullarına, xüsusilə də, inək südünə qarşı allergik reaksiyanın simptomları laktozaya qarşı dözümsüzlüyün simptomlarından heç nə ilə fərqlənmir, buna görə də düzgün diaqnozu təyin edəcək bir həkimə müraciət etmək vacibdir.
Mənbə: Murtagh’s Patient Education 6 Edition